SOCAR və TPAO insan kapitalı sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında insan kapitalı sahəsində əməkdaşlığı gücləndirilir.
Bu barədə Crossmedia.az SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, SOCAR və TPAO arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq insan kapitalı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti birgə təşəbbüs həyata keçirilib.
Bu çərçivədə SOCAR-da insan kapitalının idarə edilməsi və inkişafı sahəsində tətbiq edilən təcrübə və yanaşmalara dair iki günlük seminar keçirilib. Proqramın davamında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə və Bakı Ali Neft Məktəbinə ekskursiya təşkil edilib. Bu təşəbbüs SOCAR və TPAO arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, insan kapitalı sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.
14:15 04.03.2026
Oxunuş sayı: 531