Sabah 1600-ə yaxın abonentin qazı kəsiləcək - XƏBƏRDARLIQ
Sabah Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz təchizatında fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, ərazidə diametri 89 mm olan yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar olaraq saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində qeyd olunan ərazidə təxminən 1600 istehlakçının qaz təchizatında fasilə yaranacaq.
18:18 03.03.2026
Oxunuş sayı: 443