Kimə işləyirik? – Pensiya fonduna gedən pullar bizim deyilmiş
Bu gün cəmiyyətdə ciddi narazılıq yaradan və müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri pensiya fondu ilə bağlıdır. Belə ki, məlum olduğu kimi, işləyən vətəndaşların əməkhaqqından və müəyyən hallarda təqaüdlərdən sosial ayırmalar edilir. Həmin vəsait pensiya kapitalı adı ilə toplanır. Bəli, məhz adı ilə. Belə ki, insanlar bir çox halda həmin pulu götürə bilmirlər. Sanki illər ərzində yığılan vəsait birdən "buxarlanır"...

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bu məsələyə aydınləq gətirib.
O, pensiya fonduna yığılan pulların bizə deyil, hazırkı pensiyaçılara pensiya olaraq verildiyini bildirib: "Hər birimizin əməkhaqqı və gəlirimizdən məcburi dövlət sosial sığorta haqqı tutular və dövlət sosial müdafiə fonduna ödənilir. Bu da xalq arasında "pensiya fondu" adlanır. O bizim pensiya kapitalımızdır. Lakin orada qalmır. İndi pensiya alanlara verilir. Yəni biz indiki pensiyaçıları maliyyələşdiririk. Gələcəkdə də bizim pensiyamızı işləyən şəxslərin ödənişlərindən verəcəklər . Bu isə böyük sual altındadır. Çünki Azərbaycan xalqı gələcəkdə azalmağa doğru gedir. Gələcəkdə işləyənlər az olacaq. Hətta neftimiz də qutarmağa doğru gedir. Bizi daha çox bu narahat etməlidir ki, gələcəkdə pensiyanı bizə haradan verəcəklər?".
Fatimə Məmmədova
13:39 26.02.2026
Oxunuş sayı: 637