ABŞ-İran qarşıdurmasında ən həssas məqam açıqlanıb
Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda İranın müdafiə imkanları yenidən diqqət mərkəzinə gəlib. Regionda mümkün qarşıdurma ssenariləri fonunda Tehranın silahlanma strategiyası xüsusi maraq doğurur. Hərbi balansın hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. İranın potensialı həm regional, həm də qlobal güclərlə münasibətlər kontekstində qiymətləndirilməlidir. Mövcud vəziyyət isə qarşıdakı mərhələdə hansı risklərin yarana biləcəyi sualını aktuallaşdırır.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev İranın kifayət qədər böyük raket ehtiyatlarına malik olduğunu vurğulayıb: "Bunun əsas səbəblərindən biri yerli istehsal prossesinin həyata keçirilməsidir. İran İsrailin də dediyi kimi ayda 300-ə qədər raket istehsal etməyə malikdir. Lakin bunların heç də hamısı İsrailə qədər məsafəni ət etmək və.dəqiq zərbə endirmək iqtidarına malik deyil. Belə ki, raketlərin bir hissəsi kiçik, digər hissəsi isə orta mənzillidir. İranın həm İsrail, həm də ABŞ təhdidlərinə qarşı cavab verə biləcək yeganə texnologiyası ballistik raketlərin istehsalıdır. PUA-lar İran tərəfindən geniş istifadə olunsa da ballistik raketlər qədər böyük döyüş başlığı daşıya bilmir və onların döyüş zərbəsi bəzən uzaq məsafələrdə yerləşən, möhkəmləndirilmiş atəş sığınacaqlarına sıradan çıxarmaq üçün yetərli deyil. İran daha əvvəl Sovet nümunələrindən kopyaladığı raketlərin plagiat variantlarını yarada bilib. Bu ölkənin qüvvələr balansında mövqeyini bir qədər yaxşılaşdırır. Amma son müharibədən sonra tam həcmdə raket ehtiyatını əldə etməsi inandırıcı görünmür".
Ekspert , əlavə edib ki, İran İsrail ilə müqavimət potensialı əldə etsə də ABŞ ilə müqayisədə potensialı kifayət qədər zəif görünür. Bu isə ABŞ-İran qarşıdurmalarında ən həssas nöqtələrdən biri olacaq.
Fatimə Məmmədova
10:25 23.02.2026
Oxunuş sayı: 1025