Azərbaycan qazının ixrac qiymətləri ilə bağlı 2032-ci ilə qədər proqnozlar açıqlanıb
Beynəlxalq Valyuta Fondu (IMF) 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetr üçün 380,4 ABŞ dolları səviyyəsində olacağını gözləyir.
Crossmedia.az IMF-yə istinadən xəbər verir.
IMF-nin məlumatlarına görə, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 ABŞ dolları təşkil edib.
Daha sonra azalma tendensiyası proqnozlaşdırılır: 2027-ci ildə təbii qazın ixrac qiymətinin hər min kubmetr üçün 326,5 ABŞ dollarına, 2028-ci ildə 287,1 ABŞ dollarına enəcəyi və 2032-ci ilə qədər bu səviyyədə qalacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı qaz ixracının orta qiymətini 2026-cı ildə hər min kubmetr üçün 269 ABŞ dolları, 2027-ci ildə isə 254 ABŞ dolları səviyyəsində gözləyir.
22:01 19.02.2026
Oxunuş sayı: 514