DİQQƏT: 30 mindən çox abonentin qaz təchizatı dayandırılacaq
Fevralın 17-də Mingəçevir və Yevlaxda qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən tarixdə qaz ölçü qovşağı üzərində quraşdırılmış baypas xətti təmir ediləcək.
Bu səbəbdən saat 10:00-dan təmir işləri başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan Mingəçevir şəhəri və 3 qəsəbəsində 30269 əhali və 521 qeyri əhali abonentinin və Yevlax rayonunun Hürüşağı, Tanrıqulular, Boşçalı kəndlərində 831 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
18:25 13.02.2026
Oxunuş sayı: 565