Azərbaycan ABŞ-dən çiyələk tədarük etməyə başlayıb
Ötən ilin ilk 11 ayında Azərbaycan 140,67 min ABŞ dolları dəyərində 122,45 ton çiyələk və bağ çiyələyi (təzə) idxal edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 121,64 min ABŞ dolları dəyərində 117 ton (1 il əvvəl tədarük olmayıb), Misirdən 10,21 min ABŞ dolları dəyərində 2 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 6,52 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 85 % az) 2,61 ton (-85 %), İrandan 1,97 min ABŞ dolları dəyərində (-1,5 %) 0,79 ton (+7 %) və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 0,33 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ-dən tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 24,5 ton çiyələyin 94,7 %-i Türkiyənin payına düşüb.(Report)
17:32 10.02.2026
Oxunuş sayı: 510