İki həkim həbs edildi
Əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət tələb etməkdə ittiham olunan İltizam Əzimov və Könül Əliyevanın cinayət işinə dair məhkəmə iclası baş tutub.
Crossmedia.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi altında baş tutan iclas zamanı təqsirləndirilən şəxslərin anket məlumatları yoxlanılıb.
Onlara hüquqları və vəzifələri barədə məlumat verilib. Prokuror çıxış edərək, təqsirləndirilən şəxslər haqqında əvvəl seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və onların həbs olunmasını məhkəmədən tələb edib.
Hakim heyəti vəsatəti qəbul edib və sözügedən şəxslər barəsində həbs qərarı çıxarılaraq saxlanılıblar. Ardınca məhkəmə işin baxışa təyin olunması haqqında müvafiq qərar qəbul edib.
Növbəti məhkəmə baxış iclasının tarixi 18 fevral olaraq müəyyənləşdirilib.
14:43 09.02.2026
Oxunuş sayı: 581