Yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna ATDI
Qondarma "LNR" ərazisində 21 yaşlı qadın yeni doğulmuş körpəsini küçə tualetinin quyusuna atıb.
Crossmedia-az xəbər verir ki, körpə təsadüfi yoldan keçən şəxs tərəfindən möcüzə nəticəsində aşkarlanıb. Həkimlərin bildirdiyinə görə, azyaşlı qızda ağır hipotermiya və donvurma qeydə alınıb. Hazırda körpənin həyatını xilas etmək üçün reanimasiya tədbirləri davam etdirilir.
Hadisəni törədən ana barəsində cinayət işi açılıb. Ona 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhdidi var.
Qeyd edək ki, olay Kabıçevka kəndində baş verib.
20:38 08.02.2026
Oxunuş sayı: 547