ŞOK Hadisə: Bulvarda gənc oğlan meyidi tapıldı
Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
Crossmedia.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhər bulvarı ərazisində baş verib.
Məlumata görə, 1997-ci il təvəllüdlü Natiq Nadir oğlu Şamilovun cansız bədəni ərazidə tapılıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi mühafizəyə götürülüb.
Meyit müvafiq qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.
12:35 07.02.2026
Oxunuş sayı: 1597