Bu rayonlarda qaz kəsiləcək - Xəbərdarlıq
Bir sıra rayonlarda qazın verilişində fasilələr yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə regional qaz istismarı idarələri məlumat yayıb.
Belə ki, Tərtər RQİİ-nin Bərdə XS-nin ərazisində yerləşən qaz təchizat mənbəyi Bərdə ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 06.02.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır:
“Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində cəmi 2284 abonentin qaz təchizatında fasilələr yaranacaqdır”.
Eyni zamanda, Şəmkir RQİİ-nin Qazax XS Qazax rауоп Əskipara AQPS-dan qidalanan Daş Salahlı kəndində d 76 mm qaz xəttində уеrаltl qəzа çağrışının ləğv edilməsi və hərbi hissənin yanında siуiгtməпiп quraşdırılması ilə əlaqədar olaraq Daş Salahlı kəndi ,Qazax şəhəri Azadlq və Bakı küçələrində 06.02.2026-ci il tагiхdа saat 10:00-dan işlər başa çatanadək göstərilən ərazilərdə qaz təminatının (cəmi 1600 abonent) daxildən dayandırılacaqdır.
18:25 05.02.2026
Oxunuş sayı: 372