Şəfa şüşəsindən zövq stəkanına: Qazlı içkilərin dönüş nöqtəsi
Qazlı içkilərin tarixi kifayət qədər maraqlı və uzun bir yol keçib.
Təbii mineral sularla
başlayan bu yol, zamanla elmi kəşflər və dad axtarışları ilə zənginləşmişdir.
Zamanla əczaçılar
anladılar ki, təkcə qazlı su hər kəsin xoşuna gəlmir. Beləliklə meyvə şərbətləri,
bitki ekstratları, bal və sonralar şəkər əlavə edilməyə başlandı. Bununla da şərbətlərin
əlavə olunması içkilərin taleyini dəyişdi.
Bu dövrdə “soda
fontanları” çox məşhurlaşdı. Soda fontanı apteklərin içində qurulan xüsusi içki
köşkləri idi. Burada qazlı su, müxtəlif şərbətlər, buz qarışdırılaraq müştərinin
gözü qarşısında içkilər hazırlanırdı. Xüsusilə ABŞ-də soda fontanına getmək
gündəlik həyatın bir hissəsi idi.
Zaman keçdikcə insanlar
qazlı içkiləri artıq xəstə olanda yox, susayanda və dostlarla görüşəndə içməyə
başladılar. Yəni içki funksional məqsəddən
çıxıb zövq məqsədinə keçdi.
XIX əsrdə yaranan bir çox
məşhur içkilər əvvəlcə “tonik” və ya “dərman içkisi” kimi təqdim edilirdi: “Coca-Cola
– baş ağrısı və yorğunluq üçün, Root Beer – bitki mənşəli mədə dərmanı üçün,
Ginger Ale – həzm üçün”.
XIX əsrdə qazlı içkilər alkoqola alternativ olaraq şəhər mədəniyyətinin bir hissəsinə çevrildi və kütləvi istehlak mədəniyyətinin əsasını qoydu.
Və beləliklə, şəfa vədləri səssizcə kölgədə qaldı, qazlı köpüklərin içində isə dad və cazibə ön plana çıxdı.
16:24 05.02.2026
Oxunuş sayı: 772