Qondarma DXR-in sabiq nazirinə sui-qəsd edildi
Moskvada keçmiş DXR Dövlət Təhlükəsizlik Naziri Andrey Pinçuka qarşı sui-qəsd cəhdi edilib.
Crossmedia.az "Baza"-ya istinadən xəbər verir.
Hadisə hüquq-mühafizə orqanlarının hazırda işlədiyi Şçapovo kəndindən bildirilib.
Bağlama Pinçukun evində partlayıb, lakin o, güllə keçirməyən qapının arxasında gizlənə bilib və xəsarət almayıb. Partlayış zamanı onun ailə üzvləri başqa yerdə olublar və onlar da xəsarət almayıblar.
Xatırladaq ki, Andrey Pinçuk 2014-2015-ci illərdə DXR-in ilk dövlət təhlükəsizliyi naziri vəzifəsində çalışıb.
22:15 12.06.2026
Oxunuş sayı: 58