İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından geri çəkilməyəcək.
İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından geri çəkilməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.
"Bizim təhlükəsizlik konsepsiyamız aydın və qətidir: yaxın və uzaq təhdidlərə qarşı fəaliyyət göstəririk və güzəşt və geri addımlara yer yoxdur, qələbə əldə etməyə çalışırıq. Hazırda çox şey təhlükə altındadır və biz təhlükəsizlik sahəsində əldə etdiyimiz uğurlara zərər vurmayacaq, həmçinin İranın rəhbərlik etdiyi şiə “şər oxu”na və Müsəlman Qardaşlarının rəhbərlik etdiyi sünni “şər oxu”na qarşı mübarizə imkanlarımızı riskə atmayacaq sərt təhlükəsizlik siyasətini davam etdirməkdə qərarlıyıq"-deyə, o bildirib.
21:13 12.06.2026
Oxunuş sayı: 68