Ingla Kids/Preschool məzunlarını yola salıb
Ingla Kids/Preschool uşaq bağçasında məzun günü keçirilib.
Crossmedia.az xəbər verir ki, Mərkəzin Azərbaycan, İngilis və Rus bölmələri üzrə təhsil alan 15 məzun məktəbə yola salınıb.
Tədbirdə uşaqların il ərzində qazandıqları bilik və bacarıqlar nümayiş etdirilib, onların məktəb həyatına hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Qeyd edək ki, məzunlar məktəbəqədər hazırlıq proqramını uğurla başa vuraraq yeni təhsil mərhələsinə qədəm qoyurlar.
Mərkəz məzunları, onların valideynlərini və müəllimlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzulayır.
20:37 12.06.2026
Oxunuş sayı: 95