KİV: İran–ABŞ nüvə sazişinin əsas müddəaları açıqlanıb
ABŞ Prezidenti Donald Trampın nəzərdə tutduğu İran–ABŞ nüvə sazişinin əsas müddəaları açıqlanıb.
Crossmedia.az xəbər verir ki, "Fox News"-un yaydığı məlumata görə, mümkün razılaşma bir sıra şərtləri ehtiva edir.
Məlumata əsasən, saziş çərçivəsində İranın nüvə materiallarının məhv edilməsi və tamamilə aradan qaldırılması, eləcə də ölkənin nüvə proqramının ləğvi nəzərdə tutulur.
Bildirilir ki, Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənədək ona məxsus maliyyə vəsaitlərinin sərbəst buraxılması həyata keçirilməyəcək.
Mümkün razılaşmanın digər bəndlərindən biri Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq saxlanılmasıdır.
Həmçinin sənəddə İranın proksi qüvvələr və ya müqavimət qruplarının maliyyələşdirilməsindən imtina etməsinin nəzərdə tutulduğu qeyd edilir.
19:44 12.06.2026
Oxunuş sayı: 62