İran Hörmüzün idarəsi ilə bağlı müzakirələrdən ABŞ-ni kənarlaşdırıb
Tehran strateji əhəmiyyətli marşrut üzərində nəzarət məsələlərini yalnız regional səviyyədə, Omanla birlikdə, ABŞ-nin iştirakı olmadan həll etmək niyyətindədir.
Crossmedia.az İRNA xəbər agentliyinə istinadən məlumat verir.
"Qəribə media iddialarının əksinə olaraq, İran ABŞ və İsrailin hərbi təcavüzündən əvvəlki Hörmüz boğazındakı vəziyyətin idarə olunması və ya vəziyyətə qaytarılması ilə bağlı heç bir vəd verməyib. İranın xahişi ilə ABŞ Hörmüz boğazının idarə olunmasında heç bir rol oynamayacaq", - agentlik bildirib.
Boğazın gələcək idarə olunması Tehranın təşəbbüsü ilə regional çərçivədə qərarlaşdırılacaq.
Digər sahilyanı dövlət kimi Oman bu prosesdə əsas tərəfdaş olacaq.
21:00 12.06.2026
Oxunuş sayı: 1329