İsrail MN: Tramp İranla ölkəsinin maraqları əsasında razılaşma əldə etməyə çalışır
ABŞ prezidenti Donald Tramp hazırda İranla ABŞ maraqları əsasında bir razılaşma əldə etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
O, qeyd edib ki, İsrail gələcəkdə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil şəkildə hərəkət etmək qabiliyyətinə malik olmalıdır.
"Ölkənin Baş naziri Benyamin Netanyahu və mən İsrail ordusuna buna uyğun hazırlaşmaq göstərişi vermişik”-deyə, Katz deyib.
21:06 12.06.2026
Oxunuş sayı: 55