Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - İran diplomatiyasının rəhbəri qeyd edib.
Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.
19:38 12.06.2026
Oxunuş sayı: 48