Əhaliyə XƏBƏRDARLIQ: Nərimanov rayonunun bu küçələrində qaz olmayacaq
Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
09:46 04.02.2026
Oxunuş sayı: 431