Sosium

"Eco Debat" layihəsi keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən ”Eco Debat” layihəsi baş tutub.

Crossmedia.az xəbər verir ki, layihə ümumilikdə 3 günü əhatə edib. Layihənin əsas məqsədi gənclərə araşdırma bacarığını aşılamaq, onların debata olan marağını artırmaq idi. 

İlk gün debat haqqında təlim və şou debat həyata keçirilib. İkinci gün  debat turniri baş tutub. Son gün isə panel görüşdə  "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Ayşən Camalzadə, "Eco Hub"ın sədri Tükəzban Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova iştirak edib.

Qeyd edək ki, "Sosial məsuliyyət və gənclərin ekologiya sahəsində rolu" mövzusunda müzakirə apardıqdan sonra iştirakçılar suallarını ünvanlayıblar. 

Layihə sonunda iştirakçılara sertifikat təqdim edilib. 

 

 

 

11:49 03.12.2024

Oxunuş sayı: 8784

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR