İşıqfor insan təhlükəsizliyinin sığortasıdır - AÇIQLAMA
Kimi sarı işıq yandığı zaman dayanmağı düzgün hesab edir, kimi isə bu işıqda yol ayrıcından keçməyə çalışır. Qırmızı işıq bütün sürücülərə hərəkəti tamamilə qadağan etdiyi halda, sarı işıqla bağlı vəziyyət bəzən müzakirələrə səbəb olur.
Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, işıqforun bütün işıqlarının özünəməxsus əmredici və tabeedici qanunları var:
"Bu qanunlar ondan ibarətdir ki, istər beynəlxalq aləmdə, istər ölkəmizdə işıqforlar yarandığı gündən insan təhlükəsizliyinin və yol hərəkəti təhlükəsizliyinin birbaşa sığortasıdır.
Biz nəzərə alsaq ki, əgər qırmızı işıqda dayanmırıqsa, digər işıqforda yaşıl işıqdır ona görə də burada qəza anı qaçılmazdır. Ən pis halda ölümlə nəticələnəcək. İstər qırmızı, istər sarı istər yaşıl, işığın saniyələrinin əmredici müddəti birbaşa olaraq qanunla tənzimlənir.
Qaldı ki, kiminsə sarı işıqda dayanmaması bu da yolverilməzdir. Bəzi dövlətlərdə hətta sarı işıqda keçmə belə cəzalandırılır. Ona görə də hər bir dövlətin özünün qayda qanunu var və Azərbaycan Respublikasıda müəyyən humanizm prinsiplərindən istifadə edərək, əgər işıqforun hətta qırmızı işığında belə yolda yol ayrıcına daxil olmusunuzsa, yolu ayrıcını tərk etməlisiniz. Bu o demək deyil ki, kimsə qanundan sui istifadə etməlidir və bu cür halları qətiyyətlə qınayırıq".
Elnurə Kərimova
08:55 03.12.2024
Oxunuş sayı: 7039