İstehlak kreditlərinin faizləri artıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il yanvarın 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bildirilib ki, milli valyutada istehlak kreditlərinin orta faizləri belədir: kredit kartları üzrə 26%, məişət avadanlıqlarının alınması üçün 26%, yaşayış sahəsinin təmiri üzrə 18%, avtomobil kreditləri üzrə 13% və digər istehlak kreditləri üzrə 22%. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz dərəcələri məişət avadanlıqları üzrə 1 faiz bəndi, yaşayış sahəsinin təmiri üzrə 2 faiz bəndi, avtomobil kreditləri üzrə 3 faiz bəndi, digər istehlak kreditləri üzrə 2 faiz bəndi artıb.
Hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşları 7,87 milyard manat, özəl banklar tərəfindən 22,2 milyard manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1,88 milyard manat olub. Bankların kredit portfeli isə 30,06 milyard manata çatıb ki, bunun 16,1 milyardı biznes, 9,35 milyardı istehlak, 4,6 milyardı isə ipoteka kreditləridir.
13:08 29.01.2026
Oxunuş sayı: 509