Qızılın qiyməti tarixi rekordu yenilədi
“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) fevral ayı üzrə qızıl fyuçersləri növbəti dəfə tarixi maksimumu yeniləyib. Ticarət platformasının məlumatlarına görə, qızılın bir troya unsiyasının qiyməti 5 600 dollar həddini ötüb.
Crossmedia.az xəbər verir ki, bakı vaxtı ilə saat 03:39-da qızıl 5 626,80 dollar səviyyəsinə yüksələrək 7,35 faiz artım göstərib. Bir neçə dəqiqə sonra, saat 03:48-də qiymət 5 544,06 dollara enib ki, bu da 5,77 faiz artım deməkdir.
Qeyd edək ki, gün ərzində qızıl fyuçersləri artıq 5 400 dolları keçərək bütün zamanların ən yüksək göstəricisinə çatmışdı. Beləliklə, bir gecə ərzində qeydə alınan maksimum qiymət fərqi 200 dollardan çox olub.
09:03 29.01.2026
Oxunuş sayı: 377