“Qarabağ” Bakıya qayıtdı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” komandası Bakıya qayıdıb.
Azərbaycan çempionu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb.
“Köhlən atlar” Liqa mərhələsinin sonuncu – VIII turunda İngiltərədə “Liverpul”a məğlub olsa da, ümumi nəticələrə əsasən turnirin əsas mərhələsini 22-ci pillədə başa vuraraq pley-offa yüksəlib. Bu nəticə “Qarabağ”ın Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirməsinə imkan yaradıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsində Fransanın PSJ və ya İngiltərənin “Nyukasl” klublarından biri ilə üz-üzə gələcək. Qarşılaşmaların taleyini müəyyənləşdirəcək püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.
10:55 29.01.2026
Oxunuş sayı: 422