"Qarabağ"ın potensial rəqibləri məlum olub -UEFA ÇEMPİONLAR LİQASI
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vurub.
Crossmedia.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1/8 finala yüksəlmək uğrunda pley-off mərhələsində mübarizə aparacaq.
Ağdam təmsilçisinin bu mərhələdəki mümkün rəqibləri Fransanın PSJ və İngiltərənin “Nyukasl” klublarıdır. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.
09:48 29.01.2026
Oxunuş sayı: 493