Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edəcək qonaqlar Bakıya gəlib
Özbəkistan universitetlərinin II Təhsil Sərgisinin iştirakçılarının bir qismi artıq Bakıdadır.
Crossmedia.az xəbər verir ki, onları Heydər Əliyev adına beynəlxalq Hava Limanında Crossmedia.az analitik-informasiya portalının və Ingla International ETC-nin əməkdaşları qarşılayıblar.
Qonaqlar digər hissəsi isə gün ərzində Bakıya gələcək.
Qeyd edək ki, yanvarın 31-də Bakıda Özbəkistan universitetlərinin II Təhsil Sərgisi təşkil olunacaq.
Elmir Heydərli
10:27 29.01.2026
Oxunuş sayı: 607