KİV: ABŞ İrana hücuma hazırlaşır, dini lider gizlənir
Yaxın 24 saat ərzində ABŞ-nin İrana zərbə endirməsi riski yüksək olaraq qalır. İranın ali dini lideri Ayətullah Xomeyni bunkerdə gizlənir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri bu barədə məlumat yayıb.
Narahatlıq doğuran əsas siqnallar arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərqdə cəmləşdirilməsi, eləcə də müdafiəni gücləndirmək üçün Amerika qoşunlarının İsrailə köçürülməsinin başa çatdırılması göstərilir.
Bu hadisələr fonunda İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədri bildirib:
“Ümid edirəm ki, ABŞ hərbçiləri artıq ailələri ilə vidalaşıblar”.
Bundan əlavə, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) USS Abraham Lincoln aviadaşıyıcısının çox yaxın məsafədən çəkilmiş videogörüntüsünü yayımlayıb və onu aşağıdakı bəyanatla müşayiət edib:
“Gizlənməyin faydası yoxdur. Harada olduğunuzu bilirik və kamikadze dronlarımız təyyarələriniz havaya qalxmamışdan əvvəl sizə çata bilər”.
Turqut Ansari
10:18 26.01.2026
Oxunuş sayı: 559