Çiçək xəstəliyinə qarşı qlobal qələbənin memarı Uilyam Feygi vəfat edib
Amerikalı həkim və epidemioloq Uilyam Feygi 89 yaşında dünyasını dəyişib. Onun 1970-ci illərdə tətbiq etdiyi kütləvi vaksinasiya strategiyası çiçək xəstəliyinin (ospanın) tamamilə aradan qaldırılmasında həlledici rol oynayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mütəxəssislər qeyd edirlər ki, Feyginin rəhbərliyi və elmi yanaşması nəticəsində qlobal səhiyyə tarixində ən böyük uğurlardan biri əldə olunub və çiçək xəstəliyi tam məhv edilən ilk yoluxucu xəstəlik kimi tarixə düşüb.
Onun fəaliyyəti dünya səhiyyəsində profilaktika və epidemioloji nəzarət sahəsində dönüş nöqtəsi hesab olunur. Feyginin irsi bu gün də qlobal immunizasiya proqramları üçün əsas nümunə kimi dəyərləndirilir.
Sevinc Yarməmmədova
05:20 26.01.2026
Oxunuş sayı: 455