Türkiyədə zəlzələ baş verib
Türkiyənin Qaziantep şəhəinin Nurdağı rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Təbiət hadisəsinin qısamüddətli təşvişə səbəb olduğu bildirilir.
Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:13-də qeydə alınıb. Zəlzələ ocağı 7.82 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.
23:49 25.01.2026
Oxunuş sayı: 348