Yaponiya ABŞ-nin 250 illiyi münasibətilə 250 sakura ağacı hədiyyə edəcək
Yaponiya Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi münasibətilə simvolik hədiyyə təqdim etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, Yaponiya hökuməti ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə ölkəyə 250 ədəd sakura (albalı çiçəyi) ağacı hədiyyə edəcək.
Bu addım iki ölkə arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirilir. Sakura ağacları Yaponiya mədəniyyətində sülh, yenilənmə və dostluq simvolu hesab olunur.
Türkan Kərimli
03:52 26.01.2026
Oxunuş sayı: 517