Türküstanda 20 Yanvar şəhidləri anılıb
Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində 20 Yanvara həsr edilən tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Birliyin sədri Ramilə Mustafayeva şagirdlərə 20 Yanvar hadisələrinin tarixi, bu faciənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu yer barədə ətraflı məlumat verib. O, gənc nəslin milli ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Şagirdlər 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
16:48 23.01.2026
Oxunuş sayı: 396