258 mindən çox şəxsə pensiya və təqaüd TƏYİN OLUNUB
2025-ci ildə Azərbaycanda 258 157 şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
Crossmedia.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, onlardan 39 208-i pensiya, 218 949-u müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.
10:35 23.01.2026
Oxunuş sayı: 1824