Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkiləri ilə bağlı növbəti məlumat yayıb.
Crossmedia.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilib ki, son 24 saat ərzində Rusiya qoşunları 1130 hərbçi, eləcə də 925 pilotsuz uçuş aparatı (PUA) itirib. Məlumata görə, itkilər Ukrayna ordusunun cəbhə xəttində apardığı intensiv döyüş əməliyyatları nəticəsində qeydə alınıb.
Baş Qərargahın məlumatında qeyd olunur ki, Ukrayna qüvvələri müdafiə və əks-hücum əməliyyatlarını davam etdirir, düşmənin canlı qüvvəsi və texnikasına ciddi zərbələr endirilir.