Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında bayraqlar yarıyadək endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Xankəndi , Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.Bayraqlar yarıya qədər endirilib.
12:13 20.01.2026
Oxunuş sayı: 1042