FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bir neçə gündür davam edən kəskin hava şəraitində təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin müraciətində xüsusilə qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyinə diqqət yetirilməsi vacib hesab edilib:
Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə olunmamalıdır.
Elektrik şəbəkəsi həddindən artıq yüklənməməlidir.
İşlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. FHN vətəndaşlara, xüsusilə dağlıq bölgələrdə, şaxtalı və qarlı havada yaşayış məntəqəsini tərk etməməyi, hərəkət edəcəkləri istiqamət barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və avtomobilin yanacaq və texniki vəziyyətinin kifayət qədər təmin edilməsini tövsiyə edib.
Bundan əlavə, qar uçqunu ehtimalı olan dik yamaclardan uzaq durmaq və günün qaranlıq vaxtına qalmadan geri dönmək vacibdir.Güclü külək zamanı isə FHN bildirir ki, vətəndaşlar yüngül tikililərdən, bina və reklam lövhələrindən, elektrik dirəkləri və hündür ağacların altından uzaq durmalıdır. Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirmək vacibdir.Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur.
12:16 20.01.2026
Oxunuş sayı: 1091