İqtisadçı alimlə müsahibə: Azərbaycanda kişilərin yarısı pensiya yaşına çatmır - ANONS
Son illər pensiya, sosial müavinət, təqaüd və minimum əmək haqqı kimi mövzular cəmiyyətdə ən çox müzakirə olunan məsələlər sırasındadır. Xüsusilə pensiya yaşı, pensiya məbləğləri, sosial sığorta mexanizmi və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı ətrafında yaranan suallar ictimai narazılığın əsas səbəblərindən birinə çevrilib. Digər tərəfdən, tələbə təqaüdlərinin inflyasiya fonunda real ehtiyacları qarşılamaması, minimum əmək haqqının yaşayış minimumu ilə uzlaşmaması və qeyri-rəsmi məşğulluğun sosial sistemə mənfi təsiri bu problemləri daha da dərinləşdirir.
Professor, iqtisad elmləri doktoru Rəsmiyyə Sabir Crossmedia.az-a geniş müsahibə verib:
Müsahibədən maraqlı fikirləri təqdim edirik:
- Azərbaycanda əməkhaqqı dolanışığa imkan vermir;
- Azərbaycanda kişilərin yarısı pensiya yaşına çatmır;
- Tələbə təqaüdlərinin məbləği yaşayış minimumuna yaxınlaşdırılmalıdır;
- Azərbaycanda pensiya ilə yaşamaq mümkün deyil.
Geniş müsahibə yaxın günlərdə Crossmedia.az saytında dərc olunacaq.
Ayhan
14:43 19.01.2026
Oxunuş sayı: 1658