Amerika

UFO 10 nüvə raketini sıradan çıxarıb

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş leytenantı Robert Salas iddia edir ki, 1967-ci ilin martında Montanadakı Malmstrom bazasında UFO-nun təsiri ilə 10 qitələrarası ballistik raket müvəqqəti sıradan çıxıb.

Crossmedia.az xəbər verir ki, Salasın sözlərinə görə, UFO bazanın üzərində göründükdən sonra raketlərin idarəetmə sisteminə elektrik impulsu göndərib, lakin avadanlıq zərər görməyib. “Boeing” də hadisəni təsdiqləyib.

Veteran hadisənin məxfiləşdirildiyini və o dövrdə açıqlama verməsinin qadağan edildiyini bildirib. Salas oxşar bir insidentin həmin ay başqa bir nüvə bazasında da baş verdiyini qeyd edib.

Gültac Mehdizadə 

17:04 30.11.2024

Oxunuş sayı: 13248

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR