Bu kollecə yeni direktor təyin edilib
Nigar Səfxanova Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Yeni təyin olunmuş direktor kollektivə təqdim edilib.
Qeyd edək ki, Nigar Səfxanova Bakı Dövlət Universitetində "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr, ADA Universitetində isə "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistratura təhsili alıb. O, 2018–2022-ci illərdə Göygöl rayon Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ildən etibarən son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.
16:17 16.01.2026
Oxunuş sayı: 1097