Xameneyi 80 metr dərinlikdə gizlənir - ABŞ hərəkətə keçdi
İranın ali lideri ayətullah Əli Xamenei bu gün dövlət televiziyasında çıxışında bildirib ki, ölkədə baş verən etirazlarda xarici dövlətlərin əli var.
"İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası xaricilərə xidmət edilməsinə yol verməyəcək", - deyə o qeyd edib.
Xameneyi ABŞ Prezidenti Donald Trampın İran xalqına dəstək bəyanatlarına şübhə ilə yanaşaraq onu ötən ilin yayındakı hücumlar zamanı minə yaxın iranlının ölümündə əli olmaqda günahlandırıb, həmçinin ölkəsinin işləri ilə məşğul olmağının vacibliyini vurğulayıb.
"O, əgər bacarırsa, öz ölkəsinin idarə edilməsi ilə məşğul olsun", - İranın ali lideri vurğulayıb.
İranda baş verənlər və üçüncü güclərin mümkün müdaxilə ehtimalı barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, İran əhalisinin etirazlarına qarşı zor tətbiq edən, minlərlə insanı qətlə yetirən Xameneyi və onu dəstəkləyən şər qüvvələrə qarşı həyəcanlı günlər başlayır: "İran rejiminə qarşı ABŞ və İsrailin hava zərbələri mümkündür. Xameneyi və onun yaxın ətrafı qorunmaq üçün dini məbədlər altında və 80 metr dərinlikdə yerləşən sığınacaqlardan istifadə edir".
12:03 15.01.2026
Oxunuş sayı: 2169