Ermənistan Rusiyaya nota verib
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ona dövlət televiziya proqramında verilən açıqlamalarla bağlı dərin qəzəb ifadə edən etiraz notası təqdim edilib.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz bir qəsd, düşmənçilik aktı və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Kübra Musayeva
18:31 12.01.2026
Oxunuş sayı: 1489