İran ilk dəfə olaraq Starlink peyk internetinin kütləvi şəkildə tıxanması ilə trafikin 80%-dən çoxunu pozub.
Crossmedia.az "Arbat Media"ya istinadən xəbər verir ki, monitorinq məlumatlarına görə, kəsintilər bir neçə saat davam edib və ölkədəki əksər Starlink bağlantılarına təsir göstərib.
Xüsusilə, hakimiyyət mobil və stasionar şəbəkələrə girişləri məhdudlaşdırdıqda peyk etirazçılar və fəallar üçün mühüm ehtiyat kommunikasiya kanalı sayılırdı. Analitiklər bildirirlər ki, İran əvvəllər əsasən ölkədaxili kommunikasiyaları məhdudlaşdırırdı, lakin indi internetə peyk çıxışını kütləvi şəkildə boğmaq cəhdləri müşahidə olunur.
Kübra Musayeva