Nazir sərt danışdı: İrana qarşı terror aparılır
İran İslam Repsublikasına qarşı terror aparılır.
Crossmedia.az "Tasnim"ə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkələrin səfirləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, etirazlar dinc xarakter daşıyıb və hakimiyyət iqtisadi problemlərin həlli yollarını tapmaq üçün dərhal iş adamları və digər maraqlı tərəflərlə danışıqlara başlayıb. Lakin sonradan etirazçılar sırasına terrorçu qruplar da qoşulub.
Hakimiyyətdə etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açması ilə bağlı aydın sübutlar var. Onun sözlərinə görə, bu fonda ABŞ İranı zorakılıq və sabitliyi pozmaqla hədələyir.
Kübra Musayeva
17:46 12.01.2026
Oxunuş sayı: 1224