"Yüksəliş" qalibi ilə müsahibə: "Bu müsabiqə mənim üçün güzgü rolunu oynadı" - ANONS
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Bu dəfəki “Yüksəliş”in IV müsabiqənin qaliblərindən biri olan Nicat Qocayevdir. Həmin müsahibədən əsas fikirləri təqdim edirik:
— "Yüksəliş" müsabiqəsinin mərhələli və çoxşaxəli strukturu da bu qərarıma ciddi təsir göstərdi".
— "Bu müsabiqə mənim üçün bir növ güzgü rolunu oynadı".
— "Yüksəliş" bacarıqların real iş şəraitində nə qədər vacib olduğunu açıq şəkildə nümayiş etdirir".
Qeyd edək ki, müsahibə yaxın günlərdə dərc olunacaq.
Elmir Heydərli
16:39 12.01.2026
Oxunuş sayı: 1463