Növbəti TOEFL iBT imtahanı keçiriləcək
Yanvarın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.
Crossmedia.az xəbər verir ki, DİM-dən bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmış şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
10:49 12.01.2026
Oxunuş sayı: 1378