Tramp sərəncam imzaladı: Venesuelanın neft gəlirləri qorunacaq
ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ Xəzinədarlıq hesablarında saxlanılan neft gəlirlərini qorumaq məqsədilə milli fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, sənəd tarixində Ağ Evin saytında yayımlanıb.
Sərəncamda bildirilir ki, xarici hökumətlərin depozit fondlarına qarşı hər hansı müsadirə və ya hüquqi tədbir ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasətinə ciddi zərər verə bilər.
Tramp vurğulayıb ki, bu addım Venesuelada iqtisadi və siyasi sabitliyin qorunmasına xidmət edir və qanunsuz miqrasiyaya, narkotik qaçaqmalçılığına, həmçinin İran və Hizbullahın təsirinə qarşı mübarizəni dəstəkləyir.
23:30 10.01.2026
Oxunuş sayı: 2207