Çexiya Ukraynaya yardımını dayandırır, miqrasiya siyasətini sərtləşdirir
Çexiya hökuməti Ukrayna vətəndaşlarına qarşı miqrasiya siyasətini sərtləşdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Çexiya Parlamentinin Deputatlar Palatasının spikeri Tomio Okamura bildirib.
Onun sözlərinə görə, yeni hökumət Kiyevə yardım göstərilməsini prioritet hesab etmir və dövlət büdcəsindən maliyyə və ya hərbi dəstək vermək niyyətində deyil.
Okamura vurğulayıb: “Biz Çexiya pulu ilə Ukraynaya nə vəsait, nə də silah göndərmək istəmirik. Əksinə, miqrasiya siyasətini sərtləşdirmək istəyirik".
23:05 10.01.2026
Oxunuş sayı: 1748