Suriya Ordusu: Hələbdə döyüşlər dayandırılıb
Hələbin Şeyx Məqsud bölgəsində hərbi əməliyyatların tamamilə dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriya Ordusunun Əməliyyat Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, rayon xəstəxanasına sığınan Suriya Demokratik Qüvvələri qrupu "silahları ilə birlikdə" şimaldakı Tabqa şəhərinə təxliyə ediləcək.
Bundan əlavə, ordu qoşunlar Şeyx Maqsud küçələrindən çəkildikcə bütün tibbi və dövlət müəssisələrini tədricən dövlət orqanlarına təhvil verməyə başlayacağına söz verib.
22:25 10.01.2026
Oxunuş sayı: 1828