Pəhləvilər azərbaycanlıların cəlladıdır
İranda davam edən etiraz aksiyaları zamanı bəzi qruplar Pəhləvi ailəsinə dəstək şüarları səsləndirsə də, Güney Azərbaycanda yaşayan azərbaycanlılar Pəhləvilərin tarixdəki rolunu unutmamalıdır.
Crossmedia.az xəbər verir ki,12 dekabr 1946-cı ildə Pəhləvi rejimi Güney Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi-cəzalandırma əməliyyatına başladı. Tarixə 21 Azər soyqırımı kimi düşən bu hadisələrdə Azərbaycan Milli Hökumətini ləğv etmək bəhanəsi ilə bölgəyə daxil olan şah qoşunları Zəncan, Təbriz, Urmiya, Marağa və digər şəhərlərdə dinc əhaliyə qarşı kütləvi qırğınlar törədib. Müxtəlif mənbələrə görə, 25–50 min azərbaycanlı öldürülüb, on minlərlə insan sürgün edilib və ya öz yurdunu tərk etməyə məcbur olub.
Pəhləvi rejimi yalnız fiziki zorakılıqla kifayətlənməyərək, milli kimliyə qarşı da sistemli repressiyalar həyata keçirib: Azərbaycan türkcəsində təhsil qadağan olunub, mətbuat bağlanıb, kitablar yandırılıb və milli qəhrəmanların abidələri dağıdılıb.
Bu hadisələr Pəhləvi şah rejiminin azərbaycanlılara qarşı törətdiyi ən ağır dövlət cinayətlərindən biri kimi tarixdə qalmaqdadır.
12:25 09.01.2026
Oxunuş sayı: 1474