Kim Çen In Putinə məktub göndərib
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məktubda Kim Çen In Rusiya prezidentinin həyata keçirdiyi siyasəti qeyd-şərtsiz dəstəklədiyini bildirib və bundan sonra da həm Putinin, həm də Rusiyanın tərəfində olacağına söz verib. O, iki ölkə arasında mövcud əməkdaşlığın və strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Kübra Musayeva
08:42 09.01.2026
Oxunuş sayı: 1306